"Qəbələ" klubunun azarkeşləri ilə görüş keçirilib FOTOLAR

"Qəbələ" klubunun azarkeşləri ilə görüş keçirilib FOTOLAR

"Qəbələ"nin Kommersiya direktoru Mustafa Aztopal və Media və Marketinq departamentinin rəhbəri Səməd Nəsibov Qəbələ şəhərində fəal azarkeşlər, "Qəbələ" Futbol Akademiyasının məşqçi və futbolçu kollektivi ilə görüşlər keçiriblər. SİA-nın məlumatına görə, görüşlərdə komandanın oyunlarında azarkeş dəstəyinin önəmindən bəhs olunub və daha çox azarkeşin oyunlarda iştirakının təmin olunması istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. Fəal azarkeşlərə klubun yaxın günlərdə Qəbələdə keçirməyi planlaşdırdığı kampaniyalar haqda məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə