Almaniyanın Berlin şəhərində sürətli şahmat üzrə dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, çempionat İsveçrə sistemi üzrə 15 turdan ibarət olaraq keçirilir. Dünyanın ən güclü şahmatçıları da daxil olmaqla 46 ölkədən 158 şahmatçının qələbə uğrunda mübarizə apardığı yarışda Azərbaycanı beynəlxalq qrossmeysterlər Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Namiq Quliyev təmsil edirlər.
10 turdan sonra Norveç təmsilçisi, klassik şahmat üzrə dünya çempionu Maqnus Karlsen və Belarusiya şahmatçısı Sergey Jiqalko hərəyə 8 xal toplayaraq turnirə liderlik edirlər. Həmyerlilərimiz - Rauf Məmmədov, Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov 7 xal toplayaraq 9-11-ci yerləri bölüşdürürlər. Eltac Səfərli və Qədir Hüseynov isə 6 xalla 34-35-ci pillədə qərarlaşıblar. Namiq Quliyev aktivinə 3.5 xal yazaraq 131-ci yerdədir.
Sürətli şahmat turniri bu gün başa çatacaq. Oktyabrın 13-14-də isə blits turnir keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB