Millimiz qələbə qazanıb

Futzal üzrə Avropa çempionatının play-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası Türkmənistan yığması ilə yoxlama oyunu keçirib. SİA-nın məlumatına görə, "ABU Arena"da keçirilən oyunda millimiz 5:0 hesabı ilə qalib gəlib. Qolları Rizvan Fərzəliyev, Conatan Luis, İsa Atayev, Samir Həmzəyev və Emin Abasov vurublar. Bu komandalar arasında növbəti oyun sabah keçiriləcək. "ABU Arena"da təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə