"Bakı-2015"də su polosu yarışlarına start verildi FOTOLAR

"Bakı-2015"də su polosu yarışlarına start verildi FOTOLAR

"Bakı-2015" I Avropa Oyunlarının qadınlar arasında su polosu yarışlarına start verilib. SİA-nın məlumatına görə, bu idman növü üzrə qrup mərhələsində 6 matç baş tutacaq.

Hazırda Niderland yığması İsrail, Macarıstan millisi isə Almaniya komandası ilə mübarizə aparır.

Bu matçlardan başqa qadınlar arasında "A" qrupunda Yunanıstan millisi Böyük Britaniya komandası ilə qarşılaşacaq. "B" qrupunda isə İspaniya millisi Serbiya, Rusiya yığması Slovakiya, İtaliya komandası isə Fransa ilə üz-üz gələcək.

Qeyd edək ki, sözügedən idman növü üzrə qadınların yarışında Azərbaycan komandası mübarizə aparmır.

Bütün xəbərlər Facebook səhifəmizdə