Futbol üzrə Yunanıstan kuboku yarışlarının dörddəbir finalında AEK və "Olimpiakos" arasında keçirilən matçın son dəqiqələri gərginliklə yadda qalıb. "Olimpiakos"un görüşün 89-cu dəqiqəsində hesabı açmasından sonra ev sahibi komandanın azarkeşləri meydana daxil olublar. İlk görüşdə 1:1 hesabı qeydə alındığından bu nəticə "Olimpiakos"u növbəti mərhələyə yüksəldirdi. Nəticədən narazı qalaraq meydana daxil olan AEK-in çılğın azarkeşlərini sakitləşdirməyin çətinliyini görən hakim oyunun təxirə salındığını elan edib.
Qeyd edək ki, daha öncə superliqanın 25-ci turunda keçirilən "Panatinaykos" – "Olimpiakos" matçında baş verən analoji hadisə səbəbindən görüş yarımçıq dayanmış və çempionat oyunları təxirə salınmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB