"Neftçi"nin U-13 komandasından 9 qol

"Neftçi"nin U-13 komandasından 9 qol

"Neftçi" PFK-nın U-13 komandası AFFA-nın təşkil etdiyi Coca-Cola U-13 Liqasında növbəti oyununu keçirib. SİA-nın məlumatına görə, komanda 8-ci turda "Binə" klubunun qonağı olub. Görüş baş məşqçi Eldəniz Məmmədovun yetirmələrinin 9:1 hesablı qələbəsi ilə nəticələnib. "Neftçi"nin qollarını Musa Qurbanlı (4), Mübariz Sultanov (2), Mirəli Əhmədov, Ziya Məmmədli və Mehmet Sərin vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə