11-12 oktyabr 2014-cü il tarixində Dağıstan Respublikasının Buynak rayonunda İ.X.Şıxsaidovun adına beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, turnirdə sərbəst güləş üzrə yığma komandamızın üzvləri də iştirak edəcək.
Yığma komandanın məşqçisi Siracuddin Eldarovun rəhbərliyi altında qonşu respublikaya 5 güləşçimiz yollanır.
Yarışda ölkəmizi Elçin Vəliyev (57 kq), Qitinomaqomed Hacıyev (65 kq), Kamran Yunusov, Mircəfər Murtuzlu (hər ikisi 74 kq) və Məhəmməd Abdulxaliqov (86 kq) təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB