Mariya Stadnik dünya çempionatında bürünc medal qazanıb

Özbəkistanın paytaxtı Daşkənddə böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir. Çempionatın üçüncü günündə 48, 55, 60 və 69 kiloqram çəki dərəcələrində qadın güləşçilər yarışırlar.

Milli komandamızın üzvü Mariya Stadnik (48 kq) Böyük Britaniya güləşçisi Yana Rattiganı, çinli Çun Leini və argentinalı Patrisia Bermudezi məğlub edərək yarımfinala yüksəlib.

Çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Yuliya Ratkeviç İsveç təmsilçisi Malin Yohannaya, Kanada idmançısı Kristina Fazzariyə, bolqarıstanlı Taybe Yusseinə qalib gələrək yarımfinala adlayıb.

Xatırladaq ki, çempionatın ilk iki günündə sərbəst güləşçilər mübarizə aparıblar. Sərbəst güləşçilərimiz çempionatı 1 qızıl və 1 gümüş medalla başa vurublar. Komanda hesabında yığmamız 4-cü pillədə qərarlaşıb.

Çümpionatda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Mariya Stadnik mübarizəyə onaltıdabir finaldan başlayıb.

Böyük Britaniyadan Yana Rattiqanı, Çin təmsilçisi Çun Lei və Argentina idmançısı Patrisia Bermudezi tam üstünlüklə məğlub edən güləşçimiz yarımfinala yüksəlib.

Bu mərhələdə Polşa güləşçisi İvonna Matkovska ilə gərgin keçən qarşılaşmada uduzan Mariya Stadnik bürünc medal uğrunda görüşdə Rumıniyadan Emilia Vuç üzərində 49 saniyə ərzində tam üstünlüklə qələbə qazanıb və dünya çempionatını üçüncü pillədə tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...