Gündüz Abbaszadə: "Bu futbolçu Azərbaycan klublarından heç birinə verilməyəcək"

Son günlərdə mətbuatda ən çox yayılan xəbərlərdən biri də "Neftçi"nin gənc futbolçusu Elşən Abdullayevin "Xəzər Lənkəran"a keçməsi ilə bağlıdır. Siasport.az saytının məlumatına görə, bununla əlaqədar olaraq "ağ-qara"ların mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Sportal.az-a açıqlama verib: "Elşən Abdullayev ilə bağlı "Neftçi"nin planları böyükdür. "Neftçi" gənc futbolçusunu heç bir kluba vermək niyyətində deyil, ən azından Azərbaycan klublarına. Yalnız xarici ölkələrdən təklif gələrsə, futbolçunun perspektivini daha da artırmaq məqsədi ilə təklifi dəyərləndirərik. Ancaq bu futbolçu Azərbaycan klublarından heç birinə verilməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə