Luiş Nani ən azı 2 həftə yaşıl meydanlara qayıtmayacaq

İngiltərənin "Mançester Yunayted" futbol klubu daha bir zərbə alıb. Siasport.az saytı xəbər verir ki, futbol üzrə İngiltərə Premyer Liqasında işləri yolunda getməyən "qırımızı şeytanlar" daha bir vacib futbolçunun xidmətindən məhrum olublar. Belə ki, belçikalı Fellainidən sonra indi də portuqaliyalı Luiş Nani zədələnərək, sıradan çıxıb. "Qırmızı şeytanların" baş məşqçisi olan David Moyes jurnalistlərə bildirib ki, portuqaliyalı futbolçu ən azı 2 həftə komandaya kömək edə bilməyəcək. Baş məşqçi futbolçunun daha çox müddət də yaşıl meydanlara qayıda bilməyəcəyinin mümkün olduğunu, hər şeyin komandanın həkimlərinin son rəyindən sonra bilinəcəyini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...