Flavinyo: "Rəhim Həsənov öz səhvlərini dərk edir"

"Neftçi" PFK-nın futbolçusu Flavinyo AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin qərarına münasibət bildirib. Siasport.az saytının məlumatına görə, o, komitə üzvləri qarşısında fikirləri bildirdiyini qeyd edib: "AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə "Neftçi" PFK ilə yanaşı, şəxsən özüm də müraciət etmişdim. Dünən məşqdən sonra federasiyada oldum. Özüm də bu iclasda iştirak etmək istəyirdim. Komitə üzvləri qarşısında fikirlərimi bildirdim. Mənimlə yanaşı, baş hakim Rəhim Həsənov da orada idi və onun da fikirləri dinlənildi. Futbolçunun vəzifəsi meydanda futbol oynamaqdır. Gələcəkdə hakimlər ədalətli qərarları ilə elə etməlidirlər ki, belə toplantılara ehtiyac olmasın. Rəhimlə də görüşüb səmimi söhbət etdik. Çox sevindirici haldır ki, o da öz səhvlərini dərk edir. Gənc FİFA referisidir, əsas odur ki, öz üzərində daima çalışsın. Ona gələcəkdə Çempionlar Liqası və Avropa Liqasının qrup oyunlarını idarə etməyi arzulayıram. Eşitmişəm ki, Azərbaycanda çox güclü hakimlər olub. Elə "Qarabağ"la keçirəcəyimiz oyun da dünya şöhrətli hakim Tofiq Bəhramovun adını daşıyan stadionda olacaq. Dünənki toplantı gec başa çatdığından, hansı qərarın qəbul ediləcəyini bilmirdim. Bu gün səhər qərarla tanış oldum və cəzamın yüngülləşdirilməsinə sevindim. Çünki həqiqətən də bu cəzaya layiq deyildim".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...