"Araz-Naxçıvan" "Neftçi"nin qapıçısı Emil Balayevi transfer edib. Siasport.az saytının məlumatına görə, dünən baş tutan danışıqlardan sonra Emil Naxçıvan təmsilçisinin şərəfini qorumağa razılıq verib.
Xatırladaq ki, 1,87 metr boya sahib olan 19 yaşlı dəri əlcək sahibi "Neftçi" klubunun yetirməsidir. O, 2011-2012-ci illərdə icarə əsasında "Sumqayıt"ın şərəfini qoruyub. 21 yaşlılardan ibarət Azərbaycan yığmasının üzvü olan gənc qolkiper 4 dəfə millidə "çərçivə" qorumaq şansı qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB