Huntelar 3-4 ay futboldan uzaq qalacaq

Huntelar 3-4 ay futboldan uzaq qalacaq

Almaniyanın "Şalke" futbol klubu ciddi itki ilə üzləşib. Siasport.az saytı xəbər verir ki, Bundesliqa təmsilçisi hollandiyalı forvardı Jan Klass Hunteları uzun müddətinə itirməli olub. Belə ki, hollandiyalı futbolçu özünün sosial şəbəkələrdəki səhifələrində sağ dizindən ciddi əməliyyat olunduğunu və həkimlərin ilkin rəyinə görə, ən azı 3-4 ay yaşıl meydanlardan uzaq qalacağını elan edib. Almaniya klubun rəsmi saytı hollandiyalı futbolçunun sağ dizindən əməliyyat keçirdiyini təsdiqləsə də, nə vaxta qədər yaşıl meydanlardan uzaq qalacağını bildirməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə