"Qəbələ"nin 10 futbolçusu yığma komandalara dəvət alıb. Siasport.az saytının məlumatına görə, Azərbaycanın U-19 millisi 6, U-21 millisi 1, əsas yığma komandası isə klubun 2 futbolçusuna dəvət göndərib. Sloveniya yığması "qırmızı-qaralar"ın 1 oyunçusunu heyətinə çağırıb.
Oktaybrın 10-dan 15-dək İsveçdə Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində "Qəbələ"ni Sadiq Quliyev, Elvin Camalov, Ehtiram Şahverdiyev, Elnur Mustafazadə, Şirməhəmməd Məmmədov və Şamil Camaləddinov təmsil edəcək.
Ürfan Abbasov 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da səfərdə Norveç, oktyabrın 15-də isə Bakıda Portuqaliya komandası ilə qarşılaşacaq Azərbaycan yığmasının heyətində forma geyinmək şansı qazanıb.
Volodimir Levin və Elnur Allahverdiyev Azərbaycanın əsas yığmasına dəvət alıb. Müdafiəçilər dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə qarşılaşacaq miilimizin düşərgəsinə yollanıb.
Digər müdafiəçi Deyan Kelhar isə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Sloveniya - Norveç (11 oktyabr) və İsveçrə - Sloveniya (15 oktyabr) matçlarında yer ala bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB