"Şaxtyor"un baş məşqçisi, bir vaxtlar "Qalatasaray"ı çalışdırmış Mirça Luçesku, Fatih Terimin "cim bom"dan qovulmasına hec cürə inana bilmir. Siasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı "imperator"un böyük uğurlar əldə etməsindən sonra komandadan göndərilməsini məntiqsizliq adlandırıb: "Terim qovuldumu? Buna inana bilmirəm. Xüsusilə də "Beşiktaş"la matçdan sonra yolların ayrılması çox təəccüblüdür". "Bu vəziyyət onun millidəki işinə təsir etməyəcək.Terimin gəlişi yığmada həyəcan yaratdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB