İspaniyanın "Atletiko" klubu daha bir transfer reallaşdırıb. Siasport.az saytı xəbər verir ki, Madrid təmsilçisi Uruqvayın "Danubio" klubunun futbolçusu Xose Maria Ximenesi heyətinə qatıb. 18 yaşlı müdafiəçi ilə beş illik rəsmi müqavilə imzalanıb. "Atletiko"ya transfer olunduğunu üçün Ximenes özünü xoşbəxt hiss etdiyini deyib: " Matç bitənə qədər mübarizə aparmağı sevirəm. Nə olursa olsun, komanda yoldaşlarımı heç vaxt yarıyolda buraxmayacaq bir xarakterim var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB