Zidan çox bəyəndiyi türk futbolçu haqqında danışdı

Zidan çox bəyəndiyi türk futbolçu haqqında danışdı

Məşhur futbol əfsanəsi sayılan Zinəddin Zidan, hazırda İstanbulun "Fənərbaxça" futbol klubunda çıxış edən Saleh Uçanla bağlı açıqlama verib. Siasport.az saytı xəbər verir ki, bu gənc futbolçunun oyununu çox bəyəndiyini deyən Z.Zidan, türk futbolçunun gələcək illərdə Avropanın nəhəng klublarında forma geyə biləcəyinə inandığını dilə gətirib.

S.Uçanın əla futbol texnikasına sahib olduğunu deyən Z.Zidan, belə futbolçuların türk futbolu üçün önəmli olduqlarını diqqətə çatdırıb: "Sona çatmaqda olan mövsümdə "Fənərbaxça" və "Qalatasaray" Avropada böyük uğurlara imza atdılar. Türk klubları gələcək mövsümlərdə həm UEFA Çempionlar Liqasında, həm də Avropa Liqasında final oynaya biləcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə