"Barselona" yay transferində komandası tərk etmək istəyən qapıçısı Viktor Valdesə qiymət qoyub. Siasport "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu 2014-cü ildə müqaviləsi bitəcək 31 yaşlı futbolçunu 15 milyon avroya satmaq istəyir.
Qeyd edək ki, V.Valdes "Barselona" ilə müqavilənin müddətini uzatmaqdan imtina edib. Başqa klubda çıxış etmək istədiyini söyləyən Valdeslə yaxın maraqlanan komandalar arasında "Arsenal"la "Monako"nun adı çəkilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB