"İnter" - "Əlincə" oyununda 8 qol vuruldu

"İnter" - "Əlincə" oyununda 8 qol vuruldu

Bu gün U-15 Liqasının final mərhələsində 5-ci turun oyunları keçirilib. Siasport idman portalının məlumatına görə, "İnter" "Əlincə" klubunun qonağı olub. Oyun ev sahibi komandanın 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 5 turdan sonra Nadir Əliyevin yetirmələrinin aktivində 4 xal var. Bu nəticə ilə komanda turnir cədvəlində 5-ci yeri tutur.

Əlavə edək ki, "İnter" növbəti tur səfərdə "Qəbələ" klubunun qonağı olacaq. Bu oyun aprelin 30-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə