"Kəpəz" "Xəzər Lənkəran" ilə oyunun hazırlıqlarını yekunlaşdırıb. Siasport.az saytının məlumatına görə, "Dalğa Arena"da reallaşan məşq saat 12:30-da başlayıb və təxminən 45 dəqiqə sürüb. "Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov futbolçuları qarşıdakı çətin oyun öncəsi çox yormayıb. Hazırlıq prosesi yüngül formada keçib. Nikolay Svejentsev zədəli olduğu üçün, fərdi halda çalışıb. Onun cənublular ilə görüşdə meydana çıxması gözlənilmir. Digər zədəlilərdən Vladislav Serebryakov da bu günkü matçda oynaya bilməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB