Topaz Premyer Liqasının XXI turunun "Simurq" - "Bakı" qarşılşamasının başlamasına saatlar qalır. Turnir cədvəli baxımından böyük önəm daşıyan oyuna hazırlıqlarını başa vurmaqda olan paytaxt təmsilçisi Balakəndə məskunlaşıb.
Siasport.az saytının məlumatına görə, oyunun keçiriləcəyi Zaqatala şəhər stadionunda məşqə çıxan "Bakı"nın düşərgəsində yüksək əhval-ruhiyyə hökm sürür. Baş məşqçi Bojidar Bandoviçin tapşırıqlarını yerinə yetirən futbolçuların əzmkarlıqla çalışması "Bakı"nın bu qarşılaşmaya ciddi yanaşmasının göstərici kimi də qəbul oluna bilər.
Ümumilikdə, son iki turda qalib gələrək yüksəlişə keçən komanda bu gün Zaqatala şəhər stadionunda baş tutacaq oyuna qələbə əzmi ilə yanaşır.
Saat 17.00-da başlanacaq qarşılaşmanı Anar Salmanov, Mübariz Haşımov, Zeynal Zeynalov və Namiq Bəkirovdan ibarət hakimlər briqadası idarə edəcək. Oyuna AFFA nümayəndəsi qismində Şaiq Həmidov və hakim-inspektor olaraq Nüvər Xasıyev təyin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB