"Qarabağ" Rusiya klubunu məğlub edib

"Qarabağ" Rusiya klubunu məğlub edib

"Qarabağ" klubu Türkiyədəki təlim-məşq toplanışında ilk yoxlama oyununa çıxıb. Siasport.az saytının məlumatına görə, rəqib Rusiya klubu "Ural" olub. Ağdam təmsilçisi oyuna olduqca fəal başlayıb və ilk 10 dəqiqədə topu təmamilə özündə saxlayıb. Komanda bir neçə qol şansından istifadə edə bilməsə də, 3 qol vura bilib. Rəqib isə matçda 2 dəfə fərqlənib.

Qeyd edək ki, "Qarabağ"ın heyətində xəstəlik və zədə səbəbindən Zaur Həşimov, Kristian Torres və Tural İsgəndərov forma geyinməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə