Azərbaycan yığması dünya birinciliyində üçüncü yerə çıxdı

Azərbaycan yığması dünya birinciliyində üçüncü yerə çıxdı

Rusiyanın Medın şəhərində 18-20 yaşlı idmançılar arasında universal döyüş üzrə dünya birinciliyi keçirilib. Siasport.az saytının məumatına görə, yarışda ölkəmizi Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov və böyüklərdən ibarət yığmamızın baş məşqçisi Fərhad Ocaqverdiyevin rəhbərliyi altında 13 idmançı təmsil edib. Klassik və layt versiyaları üzrə keçirilmiş yarışda 39 ölkədən 350 idmançı birincilik uğrunda mübarizə aparıb.
Yığmamızın üzvü Nicat Əliyev (80 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qəzənfər Namazov (90 kq) və Aqil Allahverənli (95 kq-dan yuxarı) gümüş medala sahib olublar. Bəhruz Ağayev (75 kq), Fərhad Qurbanov (70 kq), Elnur Əhmədov (65 kq) və Şəbnəm Pirimova (62 kq) bürünc medal qazanıb.
Ümumi komanda hesabında Azərbaycan yığması üçüncü pillədə qərarlaşıb. Rusiya millisi birinci, Ukrayna kollektivi isə ikinci olub.

Bütün xəbərlər Facebook səhifəmizdə