Bojidar Bandoviç: "Qələbəyə layiq idik"

Bojidar Bandoviç: "Qələbəyə layiq idik"

Məlum olduğu kimi, Topaz Premyer Liqasının 13-cü turunda "Bakı" "Xəzər Lənkəran"ı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. Siasport.az saytının məlumatına görə, oyundan sonra meydan sahibi komandanın baş məşqçisi Bojidar Bandoviç matç barədə fikirlərini bildirib. O, güclü rəqibə qarşı mübarizə apardıqlarını deyib: "Bizim üçün çox vacib oyun idi, çox güclü rəqibə qarşı oynayacağımızı bilirdik. İlk dəqiqələrdən sonadək üstün oynadıq, qələbəyə layiq idik. Müdafiəmiz çox yaxşı təsir bağışladı. Hücumda da çoxlu qol imkanlarımız oldu. Bu qələbə növbəti oyunlarda psixoloji cəhətdən bizə kömək edəcək. Əvvəlki oyunlardakı kimi oynadıq. Sadəcə bu günkü oyunda qol vura bildik, qələbə qazandıq".

Bütün xəbərlər Facebook səhifəmizdə