Bakının qadın voleybolçulardan ibarət "Lokomotiv" klubu Çempionlar Liqası yarışlarının 2012/2013-cü il mövsümündə üçüncü oyununu keçirib. Siasport.az saytının məlumatına görə, turnirin debütantı olan komandamız qrup mərhələsi çərçivəsində növbəti matçını səfərdə Polşanın "Fakro" klubuna qarşı keçirib. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda "Lokomotiv" komandası 3:1 (25:20, 11:25, 25:17, 25:15) hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Lokomotiv" ilk oyununu səfərdə "Çrvena Zvezda"ya (Serbiya) qarşı keçirib və qələbə qazanıb – 3:2. Moskva "Dinamo"su (Rusiya) ilə ev oyununda isə 3:0 hesablı qələbə qeydə alınıb.
"Fakro"ya gəlincə, bu komanda "Dinamo"ya səfərdə 2:3 hesabı ilə məğlub olub, "Çrvena Zvezda"nı 3:0 hesabı ilə məğlub yola salıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB