"Xəzər Lənkəran"ın baş məşqçisi haqqında

"Xəzər Lənkəran"ın baş məşqçisi haqqında

"Xəzər Lənkəran" yeni baş məşqçi ilə anlaşıb. Siasport.az saytının məlumatına görə, bundan sonra komandanı 39 yaşlı ispan baş məşqçi Karles Martorell Bakes çalışdıracaq. Futbola böyük sevgisi olan, dinamik və ünsiyyətcil insan olan Bakes demək olar ki, bütün həyatını professional olaraq futbola həsr edib. Akademik təhsilinə Barselona Universitetində bədən tərbiyəsi üzrə bakalavr dərəcəsi ilə başlayan məşqçinin təhsil keçmişində "Barselona" Futbol klubunda məşqçilik metodologiyası üzrə master dərəcəsi, FIFA PRO A məşqçi lisenziyası (Ispaniya Futbol Liqasinda məşqçi işləmək üçün ən yüksək dərəcə), "Barselona" futbol klubu nəzdində məşqçi-direktor kimi önəmli məqamlar diqqəti cəlb edir.

Professional futbol təcrübəsinə 2005-ci ildə "Deportivo Ribes" futbol klubunda başlayan Bakes 2006-cı ilə qədər buradakı baş məşqçi postunda işləyib. O, 2006-cı ildə bu postu tərk edərək 1 il "Barselona"nın Pia de Sarria-Calassanc adlı məşqçilərin formalaşması və inkişafı məktəbində məşqçi və müəllim olaraq çalışıb. İspan futbol adamı eyni zamanda 2006-2008-ci illərdə "Vilanova" ve "La Geltru" futbol klublarında baş menecer ve idman direktoru olaraq fəaliyyət göstərib. Bakes 2008-2010-cu illərdə "Subrunese" futbol klubunda baş məşqçi vəzifəsini icra edib, 2008 – 2012-ci illər ərzində "Barselona" futbol klubu nəzdində məşqçi-direktor olaraq çalışıb. Futbol kariyerası ərzində Kataloniya futbol federasiyasında məşqçi və müəllim olaraq hazırda "Barselona" futbol klubunun əsas komandasında çıxış edən bəzi futbolçularla işləyib.

O, son olaraq Kataloniya Futbol Federasiyasında U-14 komandasında baş məşqçi və direktor olaraq çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə