Qadın voleybolçular arasında Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının 1/16 final mərhələsinin ilk oyunlarını idarə edəcək hakimləri müəyyənləşib. Siasport.az saytının məlumatına görə, "Bakı-Azəryol" və "İqtisadçı" (Bakı) komandaları da turnirdə ilk oyunlarını keçirəcəklər.
Oktyabrın 25-də Sloveniyanın "Maribor" komandası ilə qarşılaşacaq "Bakı-Azəryol"un matçında əsas hakim funksiyasını estoniyalı Kristian Vanaveski həyata keçirəcək. Ona israilli Roy Qoren kömək edəcək.
"İqtisadçı" - "Sliedrext" (Hollandiya) matçı isə Vladimir Payevski (Ukrayna) və Dəniz Dəmirə (Türkiyə) həvalə olunub. Bu qarşılaşma oktyabrın 23-də baş tutacaq.
Qeyd edək ki, hər 2 matç Bakıda oynanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB