Milan Baroş yanvarda "Qalatasaray"ı tərk edərək doğma klubuna qayıdır

Milan Baroş yanvarda "Qalatasaray"ı tərk edərək doğma klubuna qayıdır

İstanbulun "Qalatasaray" futbol klubunda əsas heyətdə yerini itirən və komandadan göndəriləcəyi heç kimdə şübhə doğurmayan Milan Baroş, yenidən Çexiyaya, futbol koryerasına başladığı doğma klubuna dönmək üzrədir. Siasport.az saytı xəbər verir ki, "Qalatasaray"dan əvvəl "Liverpul"da forma geymiş M.Baroş, futbol koryerasını doğma klubu olan "Banik Ostrava"da davam etdirmək istəyir. "Milliyet" qəzeti yazır ki, baş məşqçi Fatih Terim tərəfindən əsas heyətdən kənarlaşdırılan M.Baroş, qış transfer dövründə doğma klubuna qayıtmağa hazırlaşır. Çex klubunun prezidenti Safarçik də jurnalistlərə bildirib ki, artıq onlar ulduz futbolçu ilə danışıqlar aparıblar və keçmiş futbolçularını yanvarda doğma komandada görmək arzusundadırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə