Bu gün 2011/2012-ci il mövsümü Unibank Premyer Liqasının qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək. Siasport.az saytının məlumatına görə, tədbirdə ötən mövsümün çempionu "Neftçi", gümüş mükafatçısı "Xəzər Lənkəran" və bürünc mükafatçısı "İnter"ə Fransanın məşhur "Artua-Bertran" şirkəti tərəfindən hazırlanmış medallar təqdim olunacaq. Bundan başqa İdman Araşdırmaları Mərkəzi tərəfindən aparılmış sorğuya əsasən ötən mövsümün ən yaxşıları nominasiyalarında qalib gəlmiş futbolçulara Peşəkar Futbol Liqasının mükafatları təqdim ediləcək. Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq tədbirin başlama vaxtı 18:00-dır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB