Uruqvay mətbuatı: "Muslera "Mançester Yunayted" ilə gizli danışıqlar aparır"
Uruqvay mətbuatı, hazırda istanbulun "Qalatasaray" futbol klubunun qolkiperi olan həmyerliləri Fernando Muslera haqqında yazılar dərc etməyə başlayıblar. Siasport.az saytı xəbər veri ki, Uruqvayın ən nüfuzlu mətbuat orqanı olan "Ovacion" qəzeti, "Ser Muslera" adlı yazıda iddia edir ki, uruqvaylı qolkiper artıq "Mançester Yunayted"in menecerləri ilə gizli danışıqlara başlayıb. Qəzet iddia edir ki, "qırmızı şeytanların" əfsanəvi baş məşqçisi Aleks Fergusyonun təkidlə heyətdə görmək istədiyi futbolçu üçün bütün imkanlarını səfərbər edən Mançester klubu, "Qalatasaray"ın təkidli rədd cavabına baxmayaraq, F.Muslera ilə gizli danışıqlara başlayıb. Məlumata əsasən, "Mançester Yunayted", F.Musleradan müsbət cavab alandan sonra, İstanbul klubuna sərfəli transfer təklifi göndərməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB