Premyer Liqanın V turu çərçivəsində "Rəvan"ın qonağı olacaq "Simurq" klubu qarşılaşmanın keçiriləcəyi "Bayıl Arena"da dünən son məşqinə çıxıb. Siasport.az saytının məlumatına görə, bir saata yaxın davam edən hazırlıq isinmə hərəkətləri ilə başlayıb. Daha sonra iki tərəfli oyun və qapıya zərbələr üzərində çalışılıb.
Qeyd edək ki, 5-ci dəfə üz-üzə gələcək komandaların qarşılaşmasında indiyə qədər heç bir rəqib qələbə qazana bilməyib. Bu oyunların yalnız birində qolsuz heç-heçə qeydə alınıb.
Bu gün saat 19:00-da "Bayıl Arena"da start fiti veriləcək "Rəvan" - "Simurq" matçını FİFA referesi Anar Salmanov idarə edəcək.
"Rəvan" – "Simurq"
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Ramiz Əsədov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Nüvər Xasıyev
Bayıl Arena stadionu. Saat 19:00
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB