17 yaşadək futbolçulardan ibarət İrlandiya və Azərbaycan yığmaları arasında keçirilmiş yoldaşlıq oyunu haqda yığmamızın baş məşqçisi Təbriz Həsənov fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, o, rəqibin fiziki cəhətdən güclü olduğunun qeyd edib: "İrlandiya yığması bu il qarşılaşdığımız rəqiblər arasında ən güclüsü idi. Oyunun əvvəlində penaltidən qol buraxmağımıza baxmayaraq, 70 dəqiqə başabaş mübarizə apardıq. Çox sürətli oyun oldu. Əldə etdiyimiz imkanlardan istifadə edə bilmədik. Rəqibin fiziki cəhətdən güclü olması isə son dəqiqələrdə qapımızdan daha iki qol buraxmağımıza səbəb oldu. Ümumilikdə, düşünürəm ki, hesab oyuna görə olmadı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB