Yunanıstanlı hücumçu "Bakı"nın heyətində debütündən danışdı VİDEO

Yunanıstanlı hücumçu "Bakı"nın heyətində debütündən danışdı VİDEO

"Bakı" klubunun yay transfer pəncərəsində heyətinə qatdığı yunanıstanlı hücumçu Vazgelis Mantsios ilk təssüratlarını bildirib. Siasport.az saytı futbolçunun fikirlərini videoyazı şəklində təqdim edir:

Mantsios peşəkar karyerasına "Panionios" da başlayıb. 4 mövsüm (2001-2005) bu klubda çıxış edən hücumçu 70 oyunda 15 qola imza atıb. 2005-ci ildə Yunanısyanın böyük klublarından biri olan "Panatinaikos"a keçən futbolçu 6 il (2011-ci ilə qədər icarə fasilələri ilə birlikdə) 68 oyun keçirib.

Mantsios 2008-ci ildə Almaniyanın "Ayntraxt" (10 oyun, 1 qol), 2010-cu ildə Cənubi Kiprin "Anortosis" (14 oyun, 9 qol) və 2011-ci ildə Portuqaliyanın "Maritimo" (1 oyun) klublarına icarəyə verilib.

29 yaşlı forvard 2011-2012-ci illər mövsümündə "OFİ Krit" klubunun şərəfini qoruyub. Mantsios ada təmsilçisinin heyətində 22 oyuna çıxıb, 7 qola imza atıb.

Cari mövsümdən etibarən "Bakı"nın heyətinə cəlb olunan Vangelis Mantsiosun boyu 191 sm, çəkisi 81 kiloqramdır. Mantsios 2006-cı ildə Yunanıstan milli komandasının heyətində debüt edib və 7 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə