Azərbaycan birinciliyinə start verilib

Azərbaycan birinciliyinə start verilib

Bu gün çimərlik voleybolu üzrə qızlar və oğlanlar arasında Azərbaycan Birinciliyi start götürüb. Voleybol Federasiyanın mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, 11 oğlan və 12 qız komandasının mübarizə apardığı birincilikdə ilk gündə meydançada qızlardan "İqtisadçı" (Azəri) – "Lokomotiv 3" , "Lokomotiv 2" – "Azəryolservis 3" komandaları qarşılaşıb. Qələbə qazannanlar isə "İqtisadçı" (Azəri) və "Lokomotiv 2" komandaları olub.

Qeyd edək ki, oğlanlardan isə "Kürdəmir 1" – "AZTU", "Neftçi" – "Bakı", "Neftçi" – "AZTU", "Neftçi" – "Şəki 1" komandaları qarşılaşıb.

Sabah başa çatacaq birincilikdə qaliblər müəyyən olunacaq.

Qızlar:

İqtisadçı(Azəri) – Lokomotiv 3 (2-0)

Lokomotiv 2 – Azəryolservis 3 (2-0)

Oğlanlar:

Kürdəmir 1 – AZTU (1-2)

Neftçi – Bakı (2-0)

Neftçi – Şəki 1 (2-0)

Neftçi – AZTU (2-1).

Bütün xəbərlər Facebook səhifəmizdə