Polşanın Katovitse şəhərində yeniyetmələr arasında güləş üzrə Avropa çempionatına start verilib. Güləş Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, ilk yarış günü 5 sərbəst güləşçilərimiz döşək üzərinə çıxıb ki, onların da hamısı medal qazanıb. 50 kiloqramda çıxış edən Ruslan Surxayev finalda türkiyəli rəqibinə qalib gələrək Avropa çempionu olub. 42 kq-da Coşqun Məmmədov, 58-də Cahid Həsənzadə və 85 kq-da Çermen Baqayev yalnız finalda uduzaraq gümüş medal qazanıb. Hər 3 güləşçimiz həlledici görüşdə Rusiyadan olan rəqibinə məğlub olub. 69 kiloqramda yarışan Şamil Sadullayev isə bürünc medala yiyələnib.
Qeyd edək ki, bu gün 46, 54, 63, 76 və 100 kq çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB