Frank Raykaard Hollandiya millisinin sükanı arxasına keçir?

Frank Raykaard Hollandiya millisinin sükanı arxasına keçir?
Hollandiya milli komandasının başa çatan futbol üzrə Avropa Çempionatında göstərdiyi acınacaqlı nəticə, artıq yeni baş məşqçi axtaışlarını gündəmə gətirib. Siasport.az saytı xəbər verir ki, Hollandiya millisinin "Avro 2012"-də heç qruplardan belə çıxa bilməməsi, keçirdiyi bütün oyunlarda məğlub olması, baş məşqçi Bert Van Marwijkin istefaya getməsi ilə nəticələndi. Hollandiya futbol ictimaiyyəti isə indi kimin Hollandiya millisinin sükanı arxasına keçəcəyi ilə bağlı müzakirələr aparır. Hollandiya futbolunun canlı əfsanələrindən sayılan Yohann Kruyff hesab edir ki, hazırkı məqamda məhz Frank Raykaard milli komandanı bu vəziyyətdən qurtara bilər. Hollandiya mediyasına açıqlama verən canlı futbol əfsanəsi bildirib ki, indi milli komandada ciddi islahatlara ehtiyac var və bu işi "Barselona"ya uğurlar qazandıran F.Raykaard bacara bilər.O, tezliklə "Qalatasaray"ın keçmiş baş məşqçisi ilə danışıqlara başlamaq barədə Hollandiya Futbol Federasiyasına da müraciət göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə