Barselonanın İqtisadi Cinayətkarlıqlarla Mübarizə İdarəsi Rusiyanın "Anji" klubunda çıxış edən Samuel Eto'O-ya qarşı cinayət işi qaldırıb. Hücumçu 2006-2009-cu illərdə İspaniya büdcəsinə 3,6 milyon avroya yaxın vergini ödəməməkdə ittiham edilir.


İddiaya görə, futbolçu dörd il ərzində vergidən yayınmaq üçün müxtəlif yolardan istifadə edib, beləliklə, "Barselona" klubundan və "Puma" şirkətindən olan gəlirləri müqabilində az vergi ödəyib.


İspaniya qanunvericiliyinə görə, vergidən yayınmağa görə 1 ildən 5 ilədək həbs cəzası və ya büdcədən gizlədilən vəsaiti 200 dəfə üstələyən iri cərimə nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə