İngiltərə millisi \"Avro-2012\"-də hansı heyətlə çıxış edəcək?

Futbol üzrə İngiltərə milli komandasının gələn ay Ukrayna və Polşada keçiriləcək Avropa çempionatına yollanacaq heyəti açıqlanıb. Siasport.az saytı xəbər verir ki, yenicə İngiltərə millisinin sükanı arxasına keçən Roy Hodson 23 futbolçuya dəvət göndərib. Rio Ferdinand, Adam Conson və Daniel Staric kimi ulduz futbolçuların heyətdən kənarda qalması diqqətdən yayınmayıb. \"Arsenal\"ın gənc futbolçusu Aleks Oksleyd-Çemberleynin heyətə cəlb olunması isə sürpriz kimi qarşılanıb.


İngiltərə millisinin Avro-2012-də çıxış edəcəyi heyəti belədir:

Qapıçılar: Co Hart (\"Mançester Siti\"), Robert Pol Qrin (\"Vest Hem\"), Con Raddi (\"Norviç\")

Müdafiəçilər: Qlen Conson (\"Liverpul\"), Fil Cons (\"Mançester Yunayted\"), Con Terri (\"Çelsi\"), Coleon Leskott (\"Mançester Siti\"), Hari Kehill (\"Çelsi\"), Eşli Koul (\"Çelsi\"), Leyton Beyns (\"Gverton\")

Yarımmüdafiəçilər: Teo Uolkot (\"Arsenal\"), Stüart Dauninq (\"Liverpul\"), Aleks Oksleyd-Çemberlen (\"Arsenal\"), Stiven Cerrard (\"Liverpul\"), Qaret Beyl (\"Mançester Siti\"), Frənk Lempard (\"Çelsi\"), Skott Parker (\"Tottenhem\"), Eşli Yanq (\"Mançester Yunayted\"), Ceyms Milner (\"Mançester Siti\")

Hücumçular: Ueyn Runi (\"Mançester Yunayted\"), Denni Uelbek (\"Mançester Yunayted\"), Endi Kerroll (\"Liverpul\"), Cermen Defo (\"Tottenhem\")

Bütün xəbərlər Facebook səhifəmizdə