Deyəsən UEFA Çempionlar Liqasındakı uğursuzluq, Madrid "Real"ındakı əksər futbolçuları komandadan getmək haqqında düşünməyə vadar edir. Siasport.az saytı xəbər verir ki, kral klubunun ulduz futbolçusu olan Kriştiyanu Ronaldo "Mediaset Premium"a müsahibəsində bildirib ki, nə vaxtsa İtaliya A Seriyasında oynamaq istərdi: "İngiltərə Premyer Liqasında oynamışam. Hazırda isə İspaniya La Liqasında çıxış edirəm və burada olmaqdan çox məmnunam. Günün birində İtaliya A Seriyasında da oynaya bilərəm. Orada "Yuventus", "Milan" və "İnter" kimi böyük komandalar var. Deyə bilmərək ki, İtaliyada heç vaxt oynamaram. Gələcəkdə hər şey ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə