Joze Alesio Da Silva: “Yalnız xoş sözlər söyləyə bilərəm”- Münasibət

Joze Alesio Da Silva: “Yalnız xoş sözlər söyləyə bilərəm”- Münasibət

Futzal üzrə dünya çempionatının play-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilmiş Rusiya – Azərbaycan oyunundan sonra Azərbaycan milli komandasının baş məşqçisi oyun haqqında fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, baş məşqçi komandanın oyunundan razı qalıb. Oyunda bəxtin gətirmədiyini vurğulayan Da Silva bunları qeyd edib: "Maraqlı oyun oldu. Meydanda bərabər səviyyəli mübarizə gedirdi. Bakıda olduğu kimi, oyunumuzdan razı qaldıq. Komandamız haqda heç bir pis fikir deyə bilmərəm, yalnız xoş sözlər söyləyə bilərəm. Oyunçularımız xarakter, əzmkarlıq göstərdilər. Oyun sona kimi gərgin alındı və şansımız axıra qədər qalırdı. Ancaq bu gün bəxt bizim tərəfimizdə deyildi və buna görə də mərhələ adlaya bilmədik. Mən yalnız nəticəyə görə üzülürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə