Milliyə hansı futbolçular dəvət olundu?

Milliyə hansı futbolçular dəvət olundu?

Azərbaycan milli komandası 2-5 aprel tarixlərində Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək. Siasport.az saytının məlumatına görə, milli komandamızın baş məşqçi Berti Foqts 25 futbolçunu düşərgəyə dəvət edib.

Məlumat üçün bildirək ki, milli komandaya dəvət alan futbolçular aşağıdakılardır:


Qapıçılar: Kamran Ağayev ("Xəzər Lənkəran"), Andrey Popoviç ("Sumqayıt"), Anar Nəzirov ("Turan"), Emil Balayev (Sumqayıt)


Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev (hər ikisi "Qarabağ"), Novruz Məmmədov ("Bakı"), Vladimir Levin ("İnter"), Bədavi Hüseynov, Hacı Əhmədov (hər ikisi "Sumqayıt"), Ruslan Abışov, Ruslan Əmircanov (hər ikisi "Neftçi"), Vurğun Hüseynov, Mahir Şükürov (hər ikisi "Qəbələ")


Yarımmüdafiəçilər: Uğur Pamuk ("Sumqayıt"), Aleksandr Çertoqanov ("Qəbələ"), Rahid Əmirquliyev ("Xəzər Lənkəran"), Aqil Nəbiyev (AZAL), Əfran İsmayılov ("Qarabağ"), Nizami Hacıyev ("İnter"), Elvin Məmmədov ("Bakı")


Hücumçular: Murad Hüseynov ("Qəbələ"), Branimir Subaşıç ("Xəzər Lənkəran"), Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi "Qarabağ").


Bütün xəbərlər Facebook səhifəmizdə