İngiltərənin "Mançester Siti" futbol klubu, komandanın heyətində meydana çıxmaqdan imtina edən argentinalı ulduz futbolçusu Karlos Tevezin əlində "əsir-yesir" qalıb. Siasport.az saytı xəbər verir ki, ingilis klubu ilə əsl düşmənə çevrilən argentinalı futbolçu, klubundan min bir psixoloji təzyiqlə və əziyyətlə qarşılaşırdı. Ona qarşı hətdda "Mançester Siti" futbol klubunun azarkeşləri də təhqiredici vasitələrdən istifadə edirdilər. Komandada "Persona Non Qrata" elan olunan K.Teveze heç müştəri də çıxmır.
İngilis mətbuatı xəbər verir ki, klubun argentinalıya qoyduğu 50 milyon avroluq transfer qiyməti, hər kəsi bu futbolçudan yan qaçırdır. Əvvəlcə bu futbolçuya göz dağı verməklə qisas aldığını düşünən "Mançester Siti" klubu, indi heç meydana çıxmadıqı və təlim məşq prosesində iştirak etmədiyi halda argentinalıya müqavilədə nəzərdə tutduğu pulunu da ödəyir, hələ üstəlik mükafatları ilə birlikdə. İngilis klubu, sözün əsl mənasında "boğazına ilişən" K.Tevezi transferə çıxarıb tez "əldən çıxarmaq" üçün yollar axtarırır. Təbii ki, ilk növbədə 50 milyon avroluq transfer başlıqından vaz keçmək şərti ilə.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB