Daniel Quiza da qol vurarmış..

İstanbulun "Fənərbaxça" futbol klubundan mövsümün əvvələrində İspaniyanın "Xetaffe" klubuna transfer olunan Daniel Quiza, axır ki, İspaniya La Liqasında qol vurmaq sevincini yaşaya bildi. Siasport.az saytı xəbər verir ki, sonuncu tur çərçivəsində "Osasuna" ilə qarşılaşan "Xetaffe", məhz D.Quizanın vurduğu iki qol sayəsində məğlubiyyətdən canını qurtara bilib. Son günlər ilk 11-liyə belə daxil olmaqda çətinlik çəkən futbolçunun, artıq qarşıdakı oyunlarda öz keçmiş formasını bərpa etmək üçün var qüvvəsi ilə çalışacağını və baş məşqçinin də ona şans verəcəyini gözləmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə