Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş mini-futbol turnirinə start verilib

Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş mini-futbol turnirinə start verilib
Ağstafa şəhər 2 nömrəli məktəbinin futbol meydançasında rayon icra hakimiyyətinin tədbirlər planına əsasən, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş mini-futbol turnirinə start verilib. Siasport.az saytı xəbər verir ki, turnir iki qrup üzrə 8 komanda arasında keçirilir. Final oyunu oktyabrın 15-də olacaq. Qalib komandaya rayon icra hakimiyyətinin diplom və qiymətli hədiyyələri veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə