Futbol üzrə Almaniya millisinin baş məşqçisi Yoahim Löv daha bir türk futbolçunu Almaniya yığmasına cəlb edəcək. Siasport.az saytı xəbər verir ki, almaniyalı mütəxəssisin hədəfində indi də, Borrusiya "Dortmund"unun forvardı İlkay Gündoğandır. Türkiyənin "Medyaspor" idman saytı yazır ki , artıq Y.Löv, türk futbolçu ilə görüşərək onunla söhbət edib və Almaniya millisində çıxış etmək üçün onun ilkin razılığını da alıb.
Xatırladaq ki, Türkiyə Futbol Federasiyası (TFF) bu futbolçunu Türkiyə millisinə cəlb etməyə çalışsa da, sonda istəyinə nail ola bilməmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB