AFFA və Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının növbəti birgə tədbiri keçirilib
Müqəddəs Ramazan ayı ilə əlaqədar AFFA və Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının növbəti birgə tədbiri keçirilib. Siasport.az saytı xəbər verir ki, tədbirdə iştirak edən AFFA-nın I vitse-prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri, Milli Məclisin deputatı Rauf Əliyev Şüvəlan qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum və əqli cəhətdən zəif uşaqlar üçün 4 saylı uşaq evində olub. R.Əliev burada tərbiyə alan uşaqlara Açıq Əyləncəli Futbol Məktəbləri layihəsi çərçivəsində AFFA-nın hədiyyələrini təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB