İngiltərədə ən çox qazanan futbolçu odur - ayda 2,63 milyon avro...

Futbol üzrə İngiltərə Premyer Liqasında ən çox qazanan futbolçular siyahısı açıqlandı. Məlum olub ki, "Mançester Siti"nin norveçli hücumçusu Erlinq Holann ayda 2,63 milyon avro qazanaraq liqanın ən yüksək maaş alan oyunçusu olub. Siyahının ikinci pilləsində "Liverpul"un oyunçusu Məhəmməd Salah qərarlaşıb. Misirli futbolçunun aylıq qazancı 2 milyon avro təşkil edir.

Üçüncü sıranı isə iki futbolçu bölüşür. Bunlar "Mançester Yunayted"in braziliyalı yarımmüdafiəçisi Kazemiro və "Liverpul"un niderlandlı müdafiəçisi Vircil van Deykdir. Hər iki oyunçunun aylıq gəliri 1,75 milyon avrodur. İlk "beşliy"i yenə iki futbolçu tamamlayır. "Mançester Yunayted"in portuqaliyalı kapitanı Brunu Fernandeş və "Arsenal"ın vingeri Bukayo Saka ayda 1,5 milyon avro qazanır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə