“Çelsi”nin yarımmüdafiəçisi Dariu Essuqu bir müddətlik sıradan çıxıb. SİA-nın "The Atletic"ə istinadən verdiyi məlumata görə, futbolçu Portuqaliya gənclər yığmasında olarkən budundan zədə alıb və ən azı 3 ay meydana çıxa bilməyəcək. 20 yaşlı futbolçu bu yay 22 milyon avroya “Sportinq”dən “Çelsi”yə keçib.
Xatırladaq ki, "Çelsi" UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir. "Qarabağ" London klubu ilə noyabrın 5-də Bakıda qarşılaşacaq.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə