Çempionlar Liqası: “Şkendiya” və “Qarabağ”ın start heyətləri açıqlanıb

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyada “Şkendiya” və “Qarabağ” arasında keçiriləcək ilk oyun üçün start heyətləri açıqlanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 22:00-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar.

“Şkendiya”: 24. Babukarr Qeye, 2. Aleksandr Trumçi, 5. Klisman Tseke, 15. İmran Fetay, 11. Ronaldo Uebster, 4. Reşat Ramadani, 6. Adamu İbrahim Alhassan, 29. Fabris Tamba, 10. Endrit Krasniqi, 77. Liridon Lətifi, 7. Besart İbraimi

Baş məşqçi: Yeton Bekyiri

"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 27. Toral Bayramov, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 11. Emmanuel Adday, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 12-də Bakıda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə