Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
SİA klubdan verilən məlumata görə, “qırmızı-qaralar” İbrahim Sanqareni heyətinə qatıb. 31 yaşlı fransalı hücumçu ilə 1 illik müqavilə imzalanıb. x
Forvardın son klubu İsrail təmsilçisi “Hapoel” (Hadera) olub. Futbolçu Fransada “Lentente”, “Şambli”, “Avranş”, “Oser”, “Kretey”, “Orlean”, “Le Puy”, Türkiyədə “Giresunspor”, “Menemenspor”, Kiprdə “Otelyos” klublarının da formasını geyinib.
Xatırladaq ki, “Qəbələ” bunadək Prins Ovusu, Paulo Quimbila, İsaak Amoa, Adriel Ba Loua və Eduardo Kundeni transfer edib.
Bütün xəbərlər Facebook səhifəmizdə